Seminarlar

 

Öz ölkəsinin mədəniyyəti ilə Qonaq Ölkənin mədəniyyəti arasında olan fərqi başa düşmək üçün YFU Mübadilə Şagirdləri üçün seminarlar təşkil edir. Fəal Könüllülər tərəfindən keçirilən bu seminarlar şagirdlərə mübadilə ilində Qonaq Ölkədə düşdüyü yeni mühitə adaptasiya olmaqda və Mübadilə İlini uğurla başa vurmaqda dərindən kömək edir.

 

ProqramQabağı Seminar/ PQS

Bu seminar Mübadilə Şagirdləri Qonaq Ölkəyə getməmişdən  əvvəl YFU Azərbaycan tərəfindən keçirilir.  Şagirdlərin sayından asılı olaraq 3-5 gün keçirilən PQS-də şagirdlərə  Mübadilə İli haqqında tam məlumat verilir. Bununla yanaşı onlara diskussiya və öyrədici oyunlar vasitəsilə mədəniyyətlər arasındakı fərqlər izah olunur.

 

İstiqamətVerici Seminar/İVS

Əgər Mübadilə Şagirdi gedəcəyi Qonaq Ölkənin dilində yaxşı danışa bilirsə, onda o, başqa ölkələrdən olan 30-40 şagirdlə birlikdə 1-həftəlik İVS-də iştirak edir. Təcrübəli YFU Könüllüləri Mübadilə Şagirdlərini Mübadilə İlinə hazırlayır. İVS-in keçirilmə vaxtı Qonaq Ölkənin YFU təşkilatından asılı olaraq müxtəlif olur. Bəzi ölkələrdə (məs: Almaniyada) İVS Mübadilə ili başlayan kimi,  ABŞ, Avstriya və s. ölkələrdə isə bir neçə həftə sonra keçirilir.

 

İstiqamətverici seminar+Dil Kursu/İVS+DK

Əgər Mübadilə Şagirdi gedəcəyi Qonaq Ölkənin dilində çox az danışa bilir və ya ümumiyyətlə danışa bilmirsə, onda o, öz Mübadilə İlinə həmin ölkədə 3/4-həftəlik İstiqamətverici Seminar + Dil Kursunda (İVS+DK) iştirak etməklə başlayır. 8-10 şagirddən ibarət olan qruplarda keçirilən İVS+DK-da Mübadilə Şagirdləri dildən başqa ölkələr arasında olan mədəniyyət fərqlərini də öyrənirlər.

 

TədrisArası Seminar /TAS

Təxminən yarım ildən sonra Qonaq Ölkədə 1-həftəlik TədrisArası Seminar keçirilir. TAS zamanı Mübadilə Şagirdi başqa ölkələrdən olan 30-40 şagirdlə birlikdə görüşür. Bu görüşdə onlar yarım ildə qazandıqları bilikləri və təcrübələri bir-biriləri ilə bölüşür və yenı dostlar qazanmış olur.

 

Gənc Avropalılar Seminarı /GAS

Öz mübadilə ilini YFU ilə Avropa ölkələrindən birində keçirən Mübadilə Şagirdləri ilin sonunda Berlin şəhərinin yaxınlığımda yerləşən Verbellinzeedə  Gənc Avropalılar Seminarında görüşür. 400-500 Mübadilə Şagirdinin iştirakı ilə keçirilən və 4 gün davam edən GAS-da müxtəlif mövzular müzakirə olunur. Məs.: “İz - şəhərlərimiz üçün cavabdehliyimiz (2010); “Fikir azadlığı” (2009); “Miqrasiya və müxtəliflik” (2008); “Avraopada islam” (2007) və s. GAS-dan son Mübadilə Şagirdləri YFU Azərbaycandan ona Qrup Lideri ilə vətənə geri qayıdır.

 

Qayıdışsonrası Seminar (QSS)

Mübadilə İli sona çatsa da YFU proqramda iştirak etmiş şagirdlər ilə əlaqəni həmişə davam edir. Öz ölkəsinə qayıdan Mübadilə Şagirdləri 4-6 həftə sonra 1-2 gün davam edən QSS-da yenidən görüşür. QSS-də onlar il ərzində qazandıqları təəssüratları bir-biriləri ilə bölüşür. Bu seminarda Mübadilə Şagirdləri YFU-da Könüllülük işi ilə tanış olur. YFU Mübadilə Şagirdlərini Könüllü olaraq öz ailəsinə dəvət edir.

 

Azərbaycana Xoş Gəlmisiniz

Hazırlanır


..

davamı
YFU Ölkələr

Hazırlanır


..

davamı
Qeydiyyat

Hazırlanır


..

davamı
Fotoqalereya

Hazırlanır


..

davamı
Bizim Qonaq Ailələr

Hazırlanır


..

davamı
Könüllülər

Hazırlanır


..

davamı
Xəbərlər

Hazırlanır


..

davamı
FAQ

Hazırlanır


..

davamı