YFU nədir?

 

YFU (vai-ef-yu) – Youth For Understanding (Gənclik Anlaşma Tərəfdarıdır) şagird və tələbə mübadiləsi üzrə ən iri beynəlxalq ictimai təşkilatdır.

YFU Beynəlxalq ictimai təşkilatının əsası 1951-ci ildə Amerikalı ictimai xadim Rachel Andresen (1907-1988) tərəfindən qoyulmuşdur. ABŞ və Almaniya arasında təşkil olunan ilk YFU mübadilə proqramı İkinci Dünya Müharibəsi zamanı düşmən olmuş ölkələr arasındakı münasibətlərin bərpasına yönəlmişdi.

O dövrdən bəri 60-a yaxın ölkə sözügedən təşkilata üzv olmuşdur. Bütün ölkələrdə YFU proqramı iştirakçı ölkələrin hökumətləri tərəfindən dəstəklənir. Hər ölkə öz yerli təşkilatı ilə təmsil olunur və digər üzv təşkilatların bərabərhüquqlu partnyoru qismində çıxış edir. Hər il bütün dünyadan 4500-ə yaxın şagird YFU proqramında iştirak edir.

 

YFU Azərbaycanda

 

YFU-nun Azərbaycanda ilk təqdimatı 2007-ci ildə Almaniyanın Azərbaycandakı sabiq səfiri cənab Peer Kristofer Stankina və YFU Almaniyanın nümayəndəsi, beynəlxalq jurnalist xanım Dr. Birgit Vetsel tərəfindən Sumqayıt şəhər Alman Dili Mərkəzində keçirilmişdir.

2009-cu ildə cənab Peer Kristofer Stankina və Azərbaycan Respublikası sabiq Təhsil Naziri cənab Misir Mərdanov arasındakı rəsmi danışıqlardan sonra pilot layihə çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yerləşən bir neçə məktəbdə təqdimat keçirildi. Həmin il ilk dörd azərbaycanlı şagird Göndərmə proqramı ilə Almaniyanda 2009-2010-cu tədris ilində təhsil almaq hüququ qazandılar. O vaxtdan bəri 39 şagird YFU Azərbaycanın dəstəyi ilə  xaricdə təhsil almağa göndərmişdir. 2013-2014-cü tədris ilində YFU Azərbaycan Almaniyadan başqa Avstriya, Çexiya Respublikası və İsveçrənin YFU təşkilatları ilə partnyor əlaqələri yaradaraq həmin dövlətlərdə də azərbaycanlı şagirdlərin təhsilini təşkil etdi.

2012-ci ildə YFU Azərbaycan Qəbuletmə Proqramına start verdi. Həmin il Almaniya və Çexiya Respublikasından olan iki şagird Azərbaycana gələrək 2012-2013-cu tədris ilini burada keçirdilər.

Azərbaycana Xoş Gəlmisiniz

Hazırlanır


..

davamı
YFU Ölkələr

Hazırlanır


..

davamı
Qeydiyyat

Hazırlanır


..

davamı
Fotoqalereya

Hazırlanır


..

davamı
Bizim Qonaq Ailələr

Hazırlanır


..

davamı
Könüllülər

Hazırlanır


..

davamı
Xəbərlər

Hazırlanır


..

davamı
FAQ

Hazırlanır


..

davamı